İkinci nəsil kompakt “parketnik”in eksteryerində qabaq hissənin necə olacağı məlum oldu. Əvvəllər “Qashqai” və “X-Trail” bir-birindən yay və qış kimi fərqlənirdilər, indi isə “parketnik”lər demək olar ki, müəyyən dərəcədə əkizdirlər. Böyük avtomobilin radiator barmaqlığının üzərindəki “dimdik” demək olar ki, bamperi “ayaqlayır”, yenilikdə isə o yalnız üst haşiyəyə toxunur.
Milli.Az Auto.az-a istinadən bildirir ki, avtomobildə eyni kapot, qabaq optika və radiator barmaqlığı var.
Elə də ümidverici başlanğıc deyil? Özünün “rəqiblərinə nisbətən krossoverlər seqmentində daha böyük təcrübəyə malik olduğunu” iddia edən şirkət kiçik “parketnik”lər dəstində yeni standartlardan danışmağa başlayıb. Mühərriklər barədə də məlumat var: “CFM (Common Module Family)” modul şassisində yığılmış “Qashqai” 113 a.g. olan 1.2-litrlik turboyükləyicili benzin mühərrik və 108, 128 a.g. verən 1.5 və 1.6-litrlik turbodizel mühərrikləri alacaq. Bir müddətdən sonra “elektriklə” və ya hibrid ilə işləyən variantlar da peyda olacaq. Krossover noyabrın 7-də debüt edəcək.
Mənbə: Milli.Az