Qadin.NET / Ən varlı adamlardan birinin gözlənilməz addımı

Ən varlı adamlardan birinin gözlənilməz addımı

Dünyanın ən zəngin insanlarının üçlüyünə daxil olan milyarder Karlos Slim internetdə foto və videomaterialların mübadiləsi üzrə ixtisaslaşmış İsrailin Mobli sosial şəbəkəsinə 60 milyon dəyərində sərmayə yatırıb. Bu haqda dünən meksikalı iş adamına məxsus Latın Amerikası telekommunikasiya imperiyası America Movil şirkətinin nümayəndəsi deyib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, maqnatın sözlərinə görə, Amerika movil şirkətinin müştəriləri sözügedən sosial şəbəkəyə məhdudiyyətsiz video yükləyə bilərlər.
Mobli tərəfindən hazırlanmış proqram təminatını istənilən müasir telefonlara quraşdırmaq olar.
Qeyd edək ki, Amerika movil şirkəti dünyanın 20 ölkəsində biznes sahəsi ilə məşğul olur. Bu ilin iyununda şirkətin xidmətlərindən təqribən 329 milyon insan istifadə edib.
Mənbə: Milli.Az
9 noyabr 2013
GO BACK