Mercedes-Benz şirkəti rəsmən yeni nəsil S-Class sedanın ən güclü versiyasını – S 65 AMG təqdim etdi. O hasilatı 630 at gücü və fırlanma anı 1000 Nm təşkil edən altı litrlik V12 biturbo benzin mühərrikiylə təchiz edilmişdir. Bu S 63 AMG versiyasıyla müqayisədə 45 a.g. və 100 Nm fırlanma anı çoxdur.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, sedanın güc qurğusu ona 4,3 saniyə ərzində yerdən sürətini saatda yüz kilometrə qədər artırmağa imkan verir. Maksimal surət saatda 250 kilometrdə elektronika ilə məhdudlaşdırılmışır.
Yeni modelin ilk ictimai nümayişi noyabrın sonunda eyni zamanda iki avtosalonda - Tokioda və Los-Ancelesdə olacaq. S 65 AMG bazara 2014-cü ilin martında çıxacaq. Almaniyada ən güclü S-Class minimum 232 min 50 avroya başa gələcək.
Mənbə: Milli.Az