Qadin.NET / Əlillərə xəbər var

Əlillərə xəbər var

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan Əlillərin VI Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin final mərhələsində iştirak edəcək şəxslər artıq müəyyən olunub. Lent.az-ın məlumatına görə, bu məqsədlə Bakı, Naxçıvan, Gəncə, Mingəçevir şəhərlərində və Xaçmaz, Şəki, Lənkəran, Sabirabad rayonlarında keçirilən zona baxış-müsabiqələri artıq yekunlaşıb. Həmin tədbirlər nəticəsində münsiflər heyətinin qərarına əsasən 83 nəfər əlil və 23 nəfər sağlamlıq imkanları məhdud uşaq müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, Əlillərin VI Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi “2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq keçirilir. Tədbirdə məqsəd əlillərin və sağlamlıq imkanları məhdud uşaqların istedad və qabiliyyətlərinin aşkara çıxarılması və onların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

Mənbə: Lent.Az

9 noyabr 2013
GO BACK