Qadin.NET / Hava haqqında - 09.11.2013

Hava haqqında - 09.11.2013

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacaq. Temperatur gecə 8-12°, gündüz 12-15° isti, Bakıda gecə 9-11°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var.
Temperatur gecə 6-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti,bəzi yerlərdə 3°-dək şaxta, gündüz 8-13° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Temperaturun gecə 0-5°, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacaq. Temperaturun gecə 0-5°, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperaturun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə sulu qar, qar yağacaq. Temperaturun gecə 3-8°, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan, 2°-dək isti, gündüz 4-9° isti olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacaq. Temperaturun gecə 6-11°, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı ehtimal olunur. Temperaturun gecə 9-11°, gündüz 13-17° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

9 noyabr 2013
GO BACK