ABŞ-ın Los-Anceles şəhərinin rəhbərliyi bütün sakinləri və şirkətləri yüksəksürətli internetlə təmin etmək niyyətindədir. Ödəniş etmək istəməyənlər texniki imkanlardan asılı olaraq 2-5 Mbit/s sürətlə təmin olunacaqlar, ödənişli halda isə qiqabitlik kanallar əlçatan olacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, layihə 3-5 milyard dollar dəyərində qiymətləndirilir, lakin bütün xərclər avadanlığın tədarükü və infrastrukturun inkişafı ilə bağlı tenderdə qalib gələcək şirkət tərəfindən ödəniləcək.
Təxmin edilir ki, ödənişsiz internet reklam hesabına mümkün olacaq.
Mənbə: Milli.Az