
Avropa Kosmik Agentliyinin (European Space Agency, ESA) "Gravity Field and Steady-State Ocean Circulation Explorer" (GOCE) adlı orbital aparatı yaxın günlərdə Yerə düşəcək.Aparatın nə zaman və hara düşəcəyi dəqiq bəlli deyil.Milli.Az New York Times-a istinadən bildirir ki, ABŞ Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ekspertlərinin dediklərinə görə, onlar ESA aparatının Yerə düşəcəyi vaxtı və yeri təxminləməkdə çətinlik çəkirlər.Yerin cazibə qüvvəsi və geomaqnit strukturunu araşdıran orbittal aparatın yanacağı ötən ay bitib. Ağırlığı təqribən 1 ton olan aparat Yerə düşərkən atmosferdə yanacaq. Fəqət onun 25, yaxud da 45 hissəsi Yerə çatacaq.Düşəcək parçalar arasında ən ağırı təxminən 90 kq ağırlığında olacaq."Hesablamalarımıza görə, ESA aparatının yerə düşəcəyi vaxt bazar günü, yaxud da gələn həftənin bazar ertəsidir. Bu aparat indi mühərrikləri sıradan çıxan, pilotsuz təyyarə təkidir. Yerə düşəcək parçalar kiçik olsalar da, insanları yaralaya bilərlər", - NASA ekspretləri bildiriblər.Avropa Kosmik Agentliyinin Stansionar və Qravitasiya Tədqiqatları İnstitutunun əməkdaşı RuneFloberqhagenin dediyinə görə, GOCE aparatında hazırda Yer ətrafında 88 dəqiqəyə tam dövrə vurur.
Mənbə: Milli.Az