Qadin.NET / Bakı metrosundan istifadə edənlərə müjdə

Bakı metrosundan istifadə edənlərə müjdə

Pik saatlarında Bakı Metropoliteninin stansiyalarında sərnişin sıxlığı onunla əlaqədardır ki, platformalar cəmi beş vaqonun dayanmasına hesablanıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.Onun sözlərinə görə, metropolitenin qatarlar arasında hərəkətin minimum intervalını 2 dəqiqə etmək imkanı var və buna da riayət edilir: "Sıxlıq yalnız stansiyada 5 vaqonun yerləşməsi imkanı ilə bağlıdır".T.Əhmədov qeyd edib ki, tikilən "bənövşəyi" xətdə stansiyalar 7 vaqonu qəbul edə biləcək: "Lakin ilkin olaraq xətlə beş vaqondan ibarət heyət hərəkət edəcək və sərnişin axınının artması halında yeni xətdə qatara əlavə 2 vaqon qoşula biləcək.

 

Mənbə: Milli.Az

8 noyabr 2013
GO BACK