Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarının fotoları bu gün ilk dəfə Türkiyənin kütləvi informasiya vasitələrində dərc olunub.Fotoları Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.Milli.Az Milliyet-ə istinadən bildirir ki, Ankaradakı Anıtkabirdə olan məzar otağının indiyədək bəzi fotoları dərc olunsa da, onların bitkin fotoseriyası yoxdu.Mustafa Kamal Atatürkün dəfn olunduğu məzar otağı osmanlı və səlcuqlu türbə memarlığı tərzində, səkkizguşəlidir. Qapısı bürüncdən, divarları və döşəməsi qara, ağ və qırmızı mərmərlərdən olan otaqda Atatürk doğulduğu Saloniki şəhərinin torpağında yatır.Onun məzarının ətrafında Türkiyənin 81 vilayəti, Yunanıstanın Saloniki şəhərindən, Koreyadakı Türk Şəhidliyindən, Şimali Kiprdən və Süleyman şahın məzarından gətirilmiş torpaqların olduğu bürünc vazalar var.
Mənbə: Milli.Az