Qadin.NET / Ən böyük partlayış baş verdi: ehtiyatlı olun

Ən böyük partlayış baş verdi: ehtiyatlı olun

 

Günəşdə ilin ən böyük partlayışı baş verib. Alimlərin "X1.1" tipinə aid etdikləri partlayış nəticəsində yaranmış geomaqnit şüalanması dalğaları artıq Yerə çatmaqdadır. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ekspertlərinin dediklərinə görə, bu partlayış nəticəsində Yerdə bir neçə gün davam edəcək geomaqnit qasırğası və fırtınası yaşanacaq.Alimlərin dediklərinə görə, güclü rentgen şüalanmasına səbəb olmuş partlayışın mənbəyi Günəş diskinin mərkəzinə yaxın olan 1890 saylı ləkələr bölgəsindəki aktivlikdir. "Bu çox sürətli, impuls partlayış idi. Hesablamalarımız göstərir ki, proton qasırğa baş verməyib. Geomaqnit tufana gəldikdə isə, SOHO Günəş rəsədxanası Günəşdəki partlayış nəticəsində koronal plazma ayrılmasını qeydə alıb", - amerikalı alimlərin açıqlamasında bildirilir. Günəşdəki partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq "A", "B", "C", "M" və "X" tipli olur. Minimal "A0.0" tipi Yerdə 1 kvadrat metrə 10 nanovatt şüalanmaya bərabərdir. Tipologiyada hər yeni hərfə keçiddə şüalanmanın gücü 10 dəfə artır. Yerdə geomaqnit qasırğaları başladığından həkimlər meteohəssas insanlara ehtiyatlı davranmağı məsləhət biliblər. NASA-nın SDO rəsədxanasının yetkililərinin dediklərinə görə, Günəşdəki geomaqnit aktivliyinin dinamikası partlayışların tam səngimədiyini göstərir. Partlayışın enerjisi işıq sürəti ilə yayıldığı üçün geomaqnit qasırğası Günəşdəki partlayışdan cəmi 8 dəqiqə sonra Yerə çatıb. Həmin aktivliyinin böyük qismini planetin ionosferi udub. Goddard Flight Center-in Kosmik Tədqiqatlar Departamentinin direktor müavini Aleks Yanşın dediyinə görə, partlayış nəticəsində yaranmış dalğalar ionosferdə sürətlə dağılsa da, onların bir qismi maqnit sahəsinə generasiya edib. Bu zaman tufanın mərkəzində işıq dalğalarının uzunluğu 304 və 193 anqstrem dinamikasında idi.

 

Mənbə: Milli.Az
8 noyabr 2013
GO BACK