Rusiya Dövlət Dumasına təklif olunur ki, xaricdə olan vətəndaşların hüquqlarının qorunması ilə bağlı xüsusi komissiya yaradılsın. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə bir təkliflə Dövlət Dumasının informasiya siyasəti komitəsinin sədri Aleksey Mitrofanov çıxış edib. O hesab edir ki, Rusiya dövləti xaricdə çətin vəziyyətə düşən istənilən vətəndaşını müdafiə etməlidir.
Mənbə: Milli.Az