Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat yayıb.Qurumdan Lent.Az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 40 faiz olub.Tranzit çaylardakı vəziyyətə gəlincə, noyabrın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 121 m3/s, ongünlük normanın 65 faizini təşkil edib.Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub.
Mənbə: Lent.Az