Qadin.NET / Tağı Əhmədov: В«Bakı Metropoliteni Sumqayıta metro xətti çəkməyəcəkВ»

Tağı Əhmədov: В«Bakı Metropoliteni Sumqayıta metro xətti çəkməyəcəkВ»

Bakı. Aynur Əliyeva –APA-Economics. Bakı Metropoliteni Sumqayıt şəhərinə metro xətti çəkməyi planlaşdırmır.«APA-Economics»in xəbər verdiyi kimi, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bəyan edib: «Sumqayıt ayrıca şəhərdir və onun ayrıca metrosu olmalıdır».T.Əhmədov deyib ki, hazırda əsas məqsəd Bakı şəhərində nəqliyyatdakı sıxlığı aradan qaldırmaqdır: «Amma gələcəkdə Gəncədə də, Naxçıvanda da, bir sözlə, böyük şəhərlərimizdə ayrıca metropoliten olacaq».
Mənbə: APA.Az
8 noyabr 2013
GO BACK