Qadin.NET / Azərbaycanda erkən nikahların sayı azalıb

Azərbaycanda erkən nikahların sayı azalıb

 

Azərbaycanda erkən nikahların sayı azalıb

Azərbaycanda erkən yaşda nikahların bağlanması halları azalıb. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə bildirib.Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycanda 4000-ə yaxın erkən nikah qeydə alınıbsa, 2012-ci ildə bu göstərici təxminən 3000 olub.Bu statistikanın hissedilən səviyyədə dəyişildiyini deyən A.Sofiyeva qeyd edib ki, son 5 ilin statistik göstəriciləri Azərbaycanda məişət zorakılığı hallarının sayının azaldığından xəbər verir.Komitə rəsmisi hesab edir ki, bu yaxınlarda "Məişət zorakılığı haqqında" qanunun qəbul edilməsi bu problemin həllinə kömək edir.A.Sofiyeva qeyd edib ki, araşdırmalar Azərbaycanda məişət zorakılığı hallarının şəhərlərdə, yaxud kəndlərdə daha çox qeydə alınması lə bağlı xüsusi fərqlərin olmadığını göstərir: "Araşdırmalar onu göstərmir ki, bu məsələ ilə bağlı şəhər, yaxud kəndlərdə hansısa bir fərq var. Məişət zorakılığı yalnız Azərbaycanı deyil, bütün dünyanı narahat edən problemdir. Təəssüflər olsun ki, bütün dünyada zorakılıqla bağlı halların artımı baş verir".

Mənbə: Trend.Az

8 noyabr 2013
GO BACK