Qadin.NET / Azərbaycanın iri şəhərlərində metro salınacaq

Azərbaycanın iri şəhərlərində metro salınacaq

 

Azərbaycanın iri şəhərlərində metro salınacaq

 

Hazırda Bakı Metropoliteninin inkişafı çərçivəsində əsas məqsəd və vəzifə Bakının yollarında gərginliyin azaldılmasıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Sumqayıt şəhərində metro tikintisi barədə sualı cavablandırarkən bildirib.Onun sözlərinə görə, metro şəhər nəqliyyatıdır və perspektivdə Sumqayıt, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə də tikilərək inkişaf etdiriləcək. Şəhərlər arasında metro xətlərinin birləşdirilməsi məsələsi isə nəzərdə tutulmayıb.T.Əhmədov deyib ki, əsas məqsəd paytaxtda trafikin azaldılmasıdır və ona görə də metro xətlərinin şəhər ətrafına çıxmadan, şəhərin hüdudları daxilində inkişafı üzrə işlər aparılır.

Mənbə: Trend.Az

8 noyabr 2013
GO BACK