Qadin.NET / Qaşlarını yan dara, qız...

Qaşlarını yan dara, qız...

 

Xüsusilə qadınların qalın görünüşünü bəyənməyib incəltdiyi qaşların ilk vəzifəsi gözlərimizi tərdən və yağmurdan qorumaqdır.Trend-in məlumatına görə, insanlar hissiyyat orqanları arasında ən çox görməyə bel bağlayır və bəllidir ki, yağış suyu görüntünü ciddi şəkildə bulanıqlaşdırır. Qaşlar bu məsələdə bizə kömək edir: su damcılarının yolunu dəyişdirir, eyni zamanda, gözlərimizə Günəşə qarşı təbii kölgə salır.İnsan yaşlaşdıqca bədəninin bir çox yerində tüklər azalırkən qaşlar və kirpiklər yerində qalır.

Lakin qaşların başqa bir funksiyası da var. Qaşlar hiss və düşüncələrdən xəbər verən üz ifadələrini açıqlamağa kömək edir. Belə ki, qaşlar bu ifadələri daha da qabardır.Təcrübə göstərir ki, gözləri və qaşları görünən, lakin digər hissələri görünməyən bir üzü dərhal tanıyırıq.

Mənbə: Milli.Az                                            

 

8 noyabr 2013
GO BACK