Qadin.NET / Evlənməkdən doymurlar

Evlənməkdən doymurlar

 

ABŞ-ın Tennessi ştatının Xendersonvill şəhərində yaşayan 58 yaşlı Devid və 60 yaşlı Loren Bler 100 dəfə  evləniblər. Musavat.com yazır ki, cütlüyün son toyu 2012-ci ilin oktyabrın 2-də Havay ştatının inzibati mərkəzi olan Qonoluluda olub.   
Devid və Loren Bler sonuncu toy mərasimlərindən sonra “Ginnesin Rekordlar Kitabı”na daxil ediliblər. Qeyd edək ki, Devid və Loren 1982-ci ildə tanış olublar və ilk dəfə 1984-cü ildə Kaliforniyada evləniblər. 100 toyla kifayətlənməyən cütlük bundan sonra da növbəti dəfə evlənməyi planlaşdırır.

Mənbə: Milli.Az                                                                                                

 

8 noyabr 2013
GO BACK