Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az Anspress-ə istinadən noyabrın 8-də baş verən əlamətdar hadisələrə nəzər salır.

Miladi: 08 noyabr 2013
Hicri: 04 Məhərrəm 1435
İlin 312-cu günü
İlin sonuna 53 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.06
Günəş - 07.18
Zöhr - 12.28
Əsr - 15.33
Məğrib – 17.45
İşa – 19.04
1711 — rus alimi Mixail Lomonosov anadan olub.
1793 — Parisdə Luvr muzeyi açılmışdır.
1895 — Alman fizik Vilhelm Rentgen X şüalarını kəşf etmişdir. Sonradan bu şüalar onun şərəfinə "Rentgen şüaları" adlandırılmışdır.
1917 — Lenin Sovet Rusiyası hökumətinin sədri olmuşdur.
1922 — Dünyada ilk ürək transplantasiyası keçirən cərrah Kristian Bernhard anadan olub. (ö. 2001).
1930 — azərbaycanlı bəstəkar Əfsər Cavanşirov anadan olub. (ö. 2006).
1933 — Əfqanıstanda Nadir şah qətlə yetirildikdən sonra hakimiyyətə onun oğlu Zahir şah gəlmişdir. "Millət atası" hesab edilən Zahir şahın hakimiyyət dövrü Əfqanıstanda sabitlik və inkişafla xarakterizə olunur.
1935 — fransız aktyor Alen Delon anadan olub. 
1956 — BMT sovet qoşununun Macarıstandan çıxarılmasını tələb etmişdir.
1960 — Con Kennedi ABŞ prezidenti seçilmişdir.
1986 — sovet dövlət xadimi Vyaçeslav Molotov vəfat edib.
1988 — Corc Buş ABŞ prezidenti seçilmişdir.
1992 — 350 min insan küçələrə çıxaraq radikal irqçiliyə qarşı etirazlarını bildirmişlər.
1992 — Azərbaycan və Misir Ərəb Respublikası "Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" imzalamışdır.
2008 — YUNESCO-da Mir Cəlal Paşayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
1993 — Azərbaycan Respublikası Argentina ilə diplomatik əlaqələr qurmuşdur.

Mənbə: Milli.Az

8 noyabr 2013
GO BACK