Qadin.NET / Bu günün hava proqnozu - 08.11.2013

Bu günün hava proqnozu - 08.11.2013

 

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Temperatur gecə 10-13°, günün birinci yarısında 20-25°, axşama doğru 12-14° isti, Bakıda gecə 10-12°, gündüz 22-24°, axşama doğru isə 12-14° isti olacaq.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gecə və səhər duman olacaqdır. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər duman, çiskin olacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə yağış yağacaq.
Temperaturun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər duman, çiskin olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Temperaturun gecə 5-9°, gündüz 15-20° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər duman olacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə yağış yağacaq.
Temperaturun gecə 3-8°, gündüz 12-17° isti, dağlarda gecə 0-5°, gündüz 5-9° olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 7-12°, gündüz 17-22° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.Temperaturun gecə 7-12°, gündüz 14-19° isti, dağlarda gecə 4-9°, gündüz 14-18° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

8 noyabr 2013
GO BACK