Qadin.NET / Prezident İlham Əliyev Emoməli Rəhmonu yenidən Tacikistanın Prezidenti seçilməsi münasibəti ilə təbrik edib

Prezident İlham Əliyev Emoməli Rəhmonu yenidən Tacikistanın Prezidenti seçilməsi münasibəti ilə təbrik edib

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasında növbəti müddətə Prezident seçilmiş Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb. Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Emoməli Şərifoviç, Yenidən Tacikistan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz Sizə göstərilən yüksək etimada, Sizin yürütdüyünüz, ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə, demokratiyanın, hüquqi qaydanın və qanunçuluğun inkişafına yönəlmiş fəaliyyət xəttinin Tacikistan xalqı tərəfindən dəstəklənməsinə dəlalət edir. Əminəm ki, birgə səylərimiz bundan sonra da bizim mehriban, ənənəvi dostluq münasibətlərimizin genişlənməsinə, xalqlarımızın tərəqqisi naminə ölkələrimiz arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edəcəkdir.  Hörmətli Emoməli Şərifoviç, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Tacikistanın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Mənbə: Milli.Az

7 noyabr 2013
GO BACK