Qadin.NET / Hələ də Windows XP işlədirsiniz?

Hələ də Windows XP işlədirsiniz?

 

 

2014-cü il aprelin 8-də Microsoft korporasiyası Windows XP əməliyyat sistemini (ƏS) dəstəkləməyi dayandıracaq və onun istifadəçiləri platformanın daha yeni versiyalarına keçməlidirlər. Bununla belə, onlar şirkətin xəbərdarlığına əhəmiyyət vermirlər və istifadəçilərin 30%-dən çoxu bu ƏS-dən istifadəyə davam edir. Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin nümayəndəsi Holli Styuart deyib ki, bu il Microsoft XP ƏS-də sıfır günü ilə bağlı 30 boşluğu aradan qaldırıb. Bu, o deməkdir ki, şirkət lazımi addımları atmasaydı, ƏS-nə müdaxilə üçün kibercinayətkarların əlində 30 eksploit olardı. Ekspert, həmçinin deyib ki, Windows XP ƏS-də köhnə texnologiyalar istifadə edildiyinə görə ona müdaxilə daha asandır və kibercinayətkarların əlində bütün lazımi alətlər var.
Mənbə: Milli.Az
7 noyabr 2013
GO BACK