Qadin.NET / 5G-yə 600 milyon dollar xərcləyəcək

5G-yə 600 milyon dollar xərcləyəcək

 

Çinin Huawei telekommunikasiya avadanlığı istehsalçısı 2018-ci ilədək beşinci nəsil şəbəkəsinin (5G) inkişafına 600 milyon dollar investisiya yatıracaq. Bu barədə şirkətin məlumatında deyilir.Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət şəbəkəni 2018-ci ilədək yaratmağı, 2020-ci ilədək kommersiya istifadəsinə verməyi planlaşdırır. 5G məlumatları saniyədə 10 giqabit sürətində simsiz ötürməyə imkan verir ki, bu da mövcud 4G şəbəkəsinin göstəricisindən 100 dəfə çoxdur.Texnologiyanın hazırlanmasına çəkiləcək xərclərə 5G avadanlığının konkret nümunələrinin yaradılmasına yatırılacaq sərmayələr daxil deyil.Ümumdünya Mobil Rabitə Avadanlığı İstehsalçıları Assosiasiyasının (GSA) məlumatına görə, hazırda 75 ölkədə təxminən 200-dək 4G şəbəkəsi istismara verilib və yaxud istismara verilməsi nəzərdə tutulur. ABI Research şirkətinin proqnozuna görə, 2018-ci ilədək Yer kürəsi əhalisinin yarısı 4G şəbəkəsindən istifadə imkanı əldə edəcək.Nəhəng telekommunikasiya avadanlığı istehsalçısı olan Huawei şirkətinin mənzil-qərargahı Çinin Şençjen şəhərində yerləşir.
Mənbə: Milli.Az
8 noyabr 2013
GO BACK