Qadin.NET / Apple Çində lider mövqedədir

Apple Çində lider mövqedədir

 

Apple şirkəti Çin bazarında yeni iPhone 5s və iPhone 5c modellərinin təqdim edilməsi sayəsində ölkədə 5 aparıcı smartfon istehsalçısı beşliyinə qayıtmağa nail olaraq yerli istehsalçılar ZTE və Xiaomi şirkətlərini qabaqlayıb. Bu barədə Bloomberg agentliyi Çinin smartfon bazarında ixtisaslaşan Canalys şirkətinin analitiki Nikol Penqə istinadən məlumat verib. Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin üçüncü rübündə Çində iPhone modelinin tədarük həcmi illik hesablamada 32 faiz artıb ki, bu da Applea yerli bazarda smartfon satışından 6 faizlik paya sahib çıxmağa imkan verib. Ötən rübdə şirkət bazarda 5 faizlik paya malik olub və istehsalçıların ümumi hesabatında yeddinci yeri tutub. N.Penqin sözlərinə görə, iPhone və iPad istehsalçısının Çində uğuru burada yeni modellərin bazara ABŞ və digər ölkələrdə eyni vaxtda çıxarılması ilə əlaqədardır. Lakin gələcəkdə şirkət üçün ölkədə iştirakını genişləndirməsi heç də asan olmayacaq. Çində birinci yeri bazar payı 14 faiz təşkil edən Samsung şirkəti tutur. İkinci yeri smartfon tədarükünü 64 faiz artırmağa nail olan Lenovo (13 faiz) qərarlaşıb. Liderlər üçlüyünü 11 faizlik payla yerli istehsalçı Coolpad tamamlayır.
Mənbə: Milli.Az
8 noyabr 2013
GO BACK