Qadin.NET / Samsung yeniliyə sürətlə hazırlaşır

Samsung yeniliyə sürətlə hazırlaşır

 

Cənubi Koreyanın Samsung şirkəti 2015-ci ildə elastik displey istehsal edəcək. Bu barədə şirkətin vitse-prezidenti Kvon O Hyun Seulda keçirilmiş təqdimatda söz verib. Onun sözlərinə görə, mobil rabitə sahəsində bəzi texnologiyaları təkmilləşdirmək üçün şirkətə təxminən iki il vaxt lazım olacaq.Milli.Az ICTnews-a istinadən bildirir ki, Kvon O Hyunun sözlərinə görə, Samsung Electronics şirkəti informasiya-kommunikasiya texnologiyaları tətbiq etməklə, həmçinin yaxın on il ərzində tibb avadanlığı istehsalı sahəsində liderə çevrilməyi qarşısına məqsəd qoyub. Kvon Hyun, həmçinin şirkətin 2020-ci ilədək illik satış həcmini 400 milyard dollara qədər artırmaq planı barədə bildirib.
Mənbə: Milli.Az
8 noyabr 2013
GO BACK