Azərbaycanda uşaqların istirahətinin təşkili sahəsində dövlət standartları qəbul ediləcək. Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirə edilən "Uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında" qanun layihəsi nəzərdə tutur. Qanun layihəsi uşaqların asudə vaxtının təşkil edilməsi üzrə xidmətlərin göstərilməsinin qayda və şərtlərini, bu prosesdə iştirak edənlərin hüquq və öhdəliklərini müəyyənləşdirir, həmçinin bu sahədəki münasibətləri tənzimləyir.
Komitənin sədri Hadı Rəcəblinin sözlərinə görə, sosial sahədəki qanunların büdcə üçün maliyyə yükü daşımasına baxmayaraq, bu qanun elə də maliyyə tutumlu olmayacaq: "Bundan əlavə, qanunun məqsədi uşaqların istirahətinin təşkili üzrə xidmətlərin nəzərdə tutduğu yeni obyektlərin tikintisi deyil, məhz mövcud müəssisələrdə bu xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır".
H.Rəcəbli deyib ki, qanun layihəsi hazırlanarkən 20 ölkənin müvafiq qanunları öyrənilib. Komitənin iclasında çıxış edən millət vəkilləri bu sahədə, xüsusilə məktəblərdə böyük problemlərin olduğunu vurğulayıblar.Onlar, həmçinin sənəddə qanunun ayrıca bəndlərinin icrasına görə cavab verəcək konkret strukturların müəyyənləşdirilməsinin zəruriliyini qeyd ediblər.Səhiyyə nazirinin müavini Elsevər Ağayevin sözlərinə görə, qanun qəbul edildikdən sonra dövlət proqramını təsdiq etmək lazım olacaq: "Sənəddə qanunun icrası üçün hansı maliyyə resurslarının lazım olması dəqiq göstəriləcək".E.Ağayev deyib ki, ölkədə maliyyə cəhətdən möhkəmlənməyən layihələrin icrasının az şansı var.Qeyd edək ki, qanun layihəsi bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir.

Mənbə: Milli.Az