Qadin.NET / Dünyanın ən bahalı brendlərinin adları açıqlandı

Dünyanın ən bahalı brendlərinin adları açıqlandı

 

Forbes jurnalı dünyanın ən bahalı brendlərinin illik siyahısını dərc edib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Apple şirkəti üçüncü dəfə ard-arda dünyanın ən bahalı brendi seçilib. "Alma"ya 104,3 milyard dollar qiymət verilib və əsas rəqibi olan Microsoft-u iki dəfə artıq qiymətlə qabaqlayıb. Microsoft-un qiyməti isə 56,7 milyard dollar məbləğində dəyərləndirilib. 
Siyahının üçüncü cərgəsində 54,9 milyard dollar qiymətlə Coca-Cola şirkəti dayanıb. 
Ən bahalı brendlərin 10-luğu aşağıdakı kimidir: 
1. Apple - $104,3 mlrd
2. Microsoft - $56,7 mlrd
3. Coca-Cola - $54,9 mlrd
4. IBM - $50,7 mlrd
5. Google - $47,3 mlrd
6. McDonald's - $39,4 mlrd
7. General Electric - $34,2 mlrd
8. Intel -  $30,9 mlrd
9. Samsung - $29,5 mlrd
10. Louis Vuitton - $28,4 млрд
Mənbə: Milli.Az

 

7 noyabr 2013
GO BACK