Qadin.NET / Microsoft Android-dən ildə 2 milyard dollar qazanır

Microsoft Android-dən ildə 2 milyard dollar qazanır

 

 

Microsoft korporasiyasının Windows Phone mobil əməliyyat sisteminin inkişafına milyon dollarlarla sərmayə yatırmasına baxmayaraq, Amerika korporasiyası Android platformasından daha çox gəlir qazanır. Məsələ ondadır ki, sözügedən platformada proqram nəhənginin texnologiya və həllərindən istifadə olunur. Nəticədə mobil texnika istehsalçıları patentlənmiş ideyalardan istifadəyə görə lisenziya ödənişi etməyə məcburdurlar.Milli.Az ICTnews-a istinadən bildirir ki, Nomura Securities şirkətinin analitiki Rik Şerlandın hesablamasına əsasən, Microsoft bu fəaliyyətdən illik 2 milyard dollar qazanır. Bunun sayəsində şirkət hələ ki zərər gətirən mobil və oyun sahələrinə yatırılacaq böyük investisiyaları gizlədə bilər. Qeyd etmək lazımdır ki, Rik Şerland Microsoft ilə bağlı məsələlərdə kifayət qədər nüfuzlu analitikdir. O, adı çəkilən şirkətlə 1986-cı ildən bəri sıx işləyir, buna görə də bazarda onun fikir və proqnozları mühüm sayılır.
Mənbə: Milli.Az
7 noyabr 2013
GO BACK