Qadin.NET / Twitter, sən demə, Facebook-dan bahadır

Twitter, sən demə, Facebook-dan bahadır

 

İnvestorlar Twitter mikrobloqlar xidmətini 14,2 milyard dollar və ya 2014-cü ildə şirkətin 12.4 proqnozlaşdırılan mədaxili dəyərində qiymətləndiriblər. NASDAQ birjasında son hərracın nəticəsinə görə Facebook sosial şəbəkəsinin kapitallaşdırma qiyməti 11,6 proqnozlaşdırılan illik mədaxil təşkil edib. LinkedIn şəbəkəsi 12,2 mədaxil dəyərində qiymətləndirilib. Milli.Az ICTnews-a istinadən bildirir ki, Twitterin səhmlərinin Nyu-York fond birjasında yerləşdirilməsi nəticəsində şirkət 1,82 milyard dollar cəlb edib. Qeyd edək ki, bu IPO 2012-ci ilin mayından ən böyük texnoloji IPO olub. 2004-cü ildə Google internet şirkəti də təxminən bu qədər vəsait (1,9 milyard dollar) cəlb edə bilmişdi.
Mənbə: Milli.Az
7 noyabr 2013
GO BACK