Qadin.NET / Bakıya gəlməyə daha ehtiyac qalmadı

Bakıya gəlməyə daha ehtiyac qalmadı

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Milli Onkoloji Mərkəzdən sonra yalnız Gəncə şəhər Onkoloji xəstəxanasında Şüa terapiya şöbəsi fəaliyyət göstərir.Qərb bölgəsinin xəstələri üçün nəzərdə tutulan şöbə 2010-cu ilin aprel ayının 13-də istifadəyə verilib. Burada onkoloji xəstəliklər Çexiya istehsalı olan Terebolt aparatı vasitəsilə şüa ilə müalicə olunur. Ümumilikdə isə cari ilin yanvar ayından indiyədək şöbəyə 110 xəstə müraciət edib və onların 80 faizinin müalicəsi tam başa çatıb. Digər xəstələrin müalicəsi isə davam edir. Şüa terapiya şöbəsinə müraciət edənlərin sayı isə ötən illərə nisbətən artıb.

 

Menbə:Milli.Az

7 noyabr 2013
GO BACK