Qadin.NET / Gənclərə Prezident Mükafatı veriləcək

Gənclərə Prezident Mükafatı veriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə gənclər üçün Prezident Mükafatına AMEA institut və təşkilatları tərəfindən irəli sürülən namizədlərlə görüş keçirib. Lent.Az-ın məlumatına görə, AMEA prezidenti çıxış edərək bildirib ki, dövlət başçısı İlham Əliyev tərəfindən gənclərə xüsusi diqqət və qayğı göstərildiyini deyib. O bildirib ki, bu mükafat ölkədə gənc alimlərin inkişafı və gələcək fəaliyyəti üçün bir stimul olacaq.Daha sonra çıxış edən AMEA-nın akademik-katibi Rasim Əliquliyev vurğulayıb ki, prezident İlham Əliyevin fərmanı ilə ölkədə elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, 10000 (on min) manat məbləğində 6 ədəd Prezident Mükafatı təsis edilib. Onun sözlərinə görə, bununla bağlı AMEA-nın da üzərinə böyük məsuliyyət düşür: “Mükafata təqdim olunacaq gənclərin seçimi ilə bağlı akademiyanın 40-dan artıq qurumu fərmanın icrasına qoşulublar. Gizli səsvermə yolu ilə gənclər üçün Prezident Mükafatına AMEA institut və təşkilatları tərəfindən 36 namizəd irəli sürülüb. Sonradan Rəyasət Heyətinin müvafiq komissiyası tərəfindən həmin şəxslərdən 24 nəfəri müsabiqəyə təqdim edilib”.Akademik-katib onu da vurğulayıb ki, bu gün həmin 24 gənc Ekspert Komissiyası tərəfindən qiymətləndiriləcək. R. Əliquliyevin sözlərinə görə, sonradan gənclər üçün Prezident Mükafatına irəli sürülən konkret namizədlərin adları Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.

 

Mənbə: Lent.Az

7 noyabr 2013
GO BACK