“Bitməmiş müharibənin qəhrəmanları ”– Mətbuat Şurası və “O-film” studiyasının yeni layihəsi belə adlanır. Lent. az-ın məlumatına görə, layihə çərçivəsində çəkilən filmlərdə cəmiyyətə, gənc nəslə örnək olaraq şəhidlərlə yanaşı canlı qəhrəmanların da obrazlarının yaradılması qarşıya məqsəd qoyulub. Təqdimat mərasimlərinin Bakıda və həmin igidlərin boya-başa çatdıqları bölgələrdə nümayişi planlaşdırılıb.Xatırladaq ki, artıq “Hay ver mənə, cənab leytenant...” adlı ilk film hazırdır.Milli ordumuzun zabiti, şəhid Fərid Əhmədova həsr olunan ekran əsərinin ideya müəllifi Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Malik Həsənov, baş məsləhətçisi Mətbuat Şurasının sədri Əflatun Amaşovdur. Ssenari müəllifi Kəmalə Mirzəyeva, layihə rəhbəri isə jurnalist Bəxtiyar Qaracadır.
Mənbə: Lent.Az