Qadin.NET / Belqradda Avropa Şurası ölkələrinin media və informasiya nazirlərinin konfransı keçirilir

Belqradda Avropa Şurası ölkələrinin media və informasiya nazirlərinin konfransı keçirilir

 

Belqradda Avropa Şurası ölkələrinin media və informasiya nazirlərinin konfransı keçirilir

Bu gün Avropa Şurasının (AŞ) üzv ölkələrinin media və informasiya nazirləri Avropada ifadə azadlığının müdafiəsinin təkmilləşdirilməsi məsələlərini müzakirə etmək üçün Belqradda toplaşıblar. Bu barədə Trend AŞ-nin rəsmi saytına istinadən məlumat verir.Məlumatda qeyd olunur ki, noyabrın 8-dək davam edəcək konfransda jurnalistlərə qarşı zorakılıq və hədə-qorxu, onların hüquqlarının pozulması və digər məsələlər müzakirə olunur.Avropa Şurasının Serbiyanın Mədəniyyət və İnformasiya Nazirliyi ilə birgə təşkil etdiyi "Rəqəmsal dövrdə ifadə və demokratiya azadlığı: imkanlar, hüquqlar, vəzifələr" mövzusunda keçirilən konfransda Azərbaycan da təmsil olunur.Konfransın son günü nazirlərin ifadə azadlığı sahəsində AŞ-nin sonrakı fəaliyyətini nəzərdə tutan bir neçə qətnamə və siyasi bəyannamə qəbul edəcəyi gözlənilir.

Mənbə: Trend.Az

8 noyabr 2013
GO BACK