"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində indiyə kimi 11 lokomotiv müxtəlif ölkələrdə əsaslı təmir olunaraq istismara verilib. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.Onun sözlərinə görə, 2013-cü ilin fevral-mart aylarında 5 ədəd TEM-2 seriyalı teplovoz Latviyanın "Vilnüs lokomotivlərin təmiri deposu"na əsaslı təmirə göndərilib: "Həmin teplovozlardan biri - TEM -2 - 7393 (1983-cü ilin istehsalı) noyabrın 6-da ölkəyə gətirilib. Teplovoz bu gün istismara verilir. Əsaslı təmir olunmuş teplovoza əvvəlkilərdən fərqli olaraq kondisioner sistemi, ön və arxa hissəsində müşahidə kamerası və soyuducu quraşdırılıb".N.Əzməmmədov qeyd edib ki, daha 4 ədəd teplovoz hazırda Latviyada təmirdədir.
Mənbə: Mili.Az