SEMA-2013 sərgisinin başlanma tarixi yaxınlaşdıqca avtomobil istehsalçıları öz yenilikləri barədə məlumat verirlər. “Lexus” şirkəti də eksklüziv lüks avtomobillərinin sirrini açmaq qərarına gəlib. Onların səkkizi “IS” seriyalı kompakt sedanlar, biri isə sportkupe “LFA”-dir. Bu məqalədə biz məşhur dizaynerlərin və tüninq şirkətlərinin iştirakı ilə hazırlanmış daha parlaq şou-karlar barədə danışacağıq. Xatırladaq ki, SEMA avtoşousu noyabrın 5-8-də Las-Veqasda keçiriləcək. Milli.Az Auto.az-a istinadən bildirir ki, açıq-sarı rəngli sedan “Lexus IS 350 F Sport”-a təcavüzkar “Tommy Kaira” bodi-kiti keçiriblər ki, ona diodlu hərəkət işıqları və çoxlu sayda ventilyasiya kəsikləri olan qabaq bamper, yan kandar əlavələri, baqaj qapağının üzərində spoyler və böyük diffuzoru olan yeni arxa bamper daxildir. Avtomobil həm də 20-düymlük çoxmilli “Vossen CVT” diskləri alıb. Bundan əlavə “Vossen” şirkəti dörd qara borusu olan yeni idman qaz buraxma sistemi də hazırlayıb.
Filip Çeyz 6-silindrli “2JZ-GTE” mühərriki ilə təchiz edilmiş 700-güclü “Lexus IS 340” təqdim edib. Belə böyük gücə nail olmaq üçün işlək həcm 3.4 litrə qədər artırılmış və turbokompressor “Garrett GTX3582R” quraşdırılmışdır. Bundan əlavə avtomobil yenilənmiş asılqan, “KW” idman asması, güclü “Brembo” əyləcləri, “Sparco” oturacaqları və salonda borulardan ibarət təhlükəsizlik karkası alıb.
Ağappağ sedan “Lexus IS AWD” Qordan Tinq tərəfindən tamamlanıb. Avtomobili “TRD” aerodinamik ban asılqanı, qırmızı təkər diskləri və “Street Flex” koyloverləri ilə təchiz edilərək aşağı salınmış asma ilə fərdiləşdiriblər. Güc aqreqatının faydalı iş əmsalını buraxma sistemi və “GReddy” qaz buraxma sistemi həyata keçirir. Sonda avtomobili “Brembo” əyləcləri və damın üzərində baqajla təchiz ediblər.
Daha bir “Lexus IS 350 F Sport”-u isə “Seibon Carbon” şirkəti düzəldib. Bu sedanın boz banına karbon lifindən hazırlanmış kapot, baqaj və yeni asılqanın detalları daxildir. 20-düymlük “Volk Racing G27” disklərinin yerləşdirildiyi qanadlar da karbondan hazırlanıb.
Sonda tünerlər avtomobilə alçaq idman asması “A’PEXi SPL” quraşdırdılar və güc aqreqatının qaz buraxma sistemini təkmilləşdirdilər. Yuxarıda adları çəkilən avtomobillərin hamısı 2014-cü il modeli seriyalı sedan “Lexus IS” bazası əsasında yığılıb. Mənbə: Milli.Az