Kantar Worldpanel ComTech analitik şirkətinin 2013-cü ilin iyul-sentyabr aylarına olan hesabatına əsasən, Windows Phone mobil əməliyyat sistemi Avropa ölkələrində mövqeyini gücləndirib. Microsoftun platforması İtaliyada iOS platformasını ötməyə müvəffəq olub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, bundan başqa, Avropanın beş böyük bazarında (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və İspaniya) satılmış hər onuncu smartfon WP platforması ilə işləyir. Analitiklərin sözlərinə görə, Windows Phone mobil əməliyyat sisteminin uğur qazanması Nokia məhsullarının satış həcminin yaxşı olması ilə bağlıdır. Bundan başqa, inkişaf etməkdə olan ölkələrdə, xüsusən Latın Amerikası ölkələrində Finlandiya şirkətinin qurğularına tələbat artmaqdadır.
Mənbə:Milli.Az