Qadin.NET / Çempionlar Liqası: Alman qalasını bir top dağıtdı, "Barsa" özünə qol vurdu, "Atletiko" 1/8 finalda

Çempionlar Liqası: Alman qalasını bir top dağıtdı, "Barsa" özünə qol vurdu, "Atletiko" 1/8 finalda

 

 

UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, E, F, G və H qruplarında 8 oyun baş tutub.E qrupunda liderlər - "Çelsi" və "Şalke" İngiltərədə üz-üzə gəlib. London klubu evdə darmadağına imza ataraq ən yaxın izləyicisini 3 xal geridə qoyub. Qrupun digər oyununda "Bazel"lə "Styaua" sülhə razılaşıb.F qrpunda Dortmund "Borussiya"sı "Arsenal"ı qəbul edib. London təmsilçisi səfər matçında minimal hesablı qələbə qazanaraq liderliyi ələ keçirib. "Napoli" isə dramatik matçda Marsel "Olimpik"inə qalib gəlib.
G qrupunda lider "Atletiko" autsayder "Austriya"nı 4 cavabsız qolla yenib. Bununla da Madrid klubu "Bavariya" və "Mançester Siti"dən sonra 1/8 finala vəsiqə qazanan üçüncü komanda olub. Qrupun digər oyununda "Zenit" "Portu" ilə sülh bağlayıb.
G qrupunda Çempionlar Liqasının ən maraqlı qarşılaşmalarından biri baş tutub. Belə ki, "Barselona" "Milan"ı qəbul edib. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Bu dəfə isə "Barsa" rəqibinə şans verməyib - 3:1. Qrupun digər oyununda "Ayaks" "Seltik"ə minimal hesabla qalib gəlib.
Çempionlar Liqası
Qrup mərhələsi
4-cü tur
6 noyabr
E qrupu
Çelsi (İngiltərə) - Şalke (Almaniya) - 3:0
Qollar: Eto`O, 31; 54, D.Ba, 83.

Bazel (İsveçrə) - Styaua (Rumıniya) - 1:1
Qollar: Sio, 90+2 - Pyovakkari, 17.

1     Çelsi        4     3     0     1     11     2     +9     9
2     Şalke       4     2     0     2     4     6     –2     6
3     Bazel       4     1     2     1     4     4     0     5
4     Styaua     4     0     2     2     2     9     –7     2
F qrupu
Napoli (İtaliya) - Olimpik (Marsel, Fransa) - 3:2
Qollar: G.İnler, 22, İquayn, 24; 75 - Ayev, 10, Tauvin, 64.

Borussiya (Dortmund, Almaniya) - Arsenal (İngiltərə) - 0:1
Qol: Remzi, 62.

1     Arsenal            4     3     0     1     6     3     +3     9
2     Napoli              4     3     0     1     7     6     +1     9
3     Borussiya D     4     2     0     2     6     4     +2     6
4     Olimpik M        4     0     0     4     4     10     –6     0
G qrupu
Zenit (Rusiya) - Portu (Portuqaliya) - 1:1
Qollar: Halk, 28 - Qonsales, 23.

Atletiko (İspaniya) - Austriya (Avstriya) - 4:0
Qollar: Miranda, 11, R.Qarsiya, 25, Felipe, 45, D.Kosta, 82.

1     Atletiko M       4     4     0     0     12     2     +10     12
2     Zenit               4     1     2     1     3     4     –1     5
3     Portu               4     1     1     2     3     4     –1     4
4     Austriya           4     0     1     3     0     8     –8     1
H qrupu
Ayaks (Hollandiya) - Seltik (Şotlandiya) - 1:0
Qol: Skone, 51.

Barselona (İspaniya) - Milan (İtaliya) - 3:1
Qollar: Messi, 30-pen; 83, Buskets, 40 - Pike, 45+1-öz qapısına.

1     Barselona      4     3     1     0     9     2     +7     10
2     Milan              4     1     2     1     5     5     0     5
3     Ayaks             4     1     1     2     3     7     –4     4
4     Seltik              4     1     0     3     2     5     –3     3
Mənbə: Milli.Az

7 noyabr 2013
GO BACK