Qadin.NET / Apple sorğulardan danışdı

Apple sorğulardan danışdı

 

Amerikanın Apple şirkəti ABŞ və başqa ölkələrin hökumətləri tərəfindən göndərilən istifadəçi məlumatlarının sorğuları haqqında hesabatı təqdim edib."Biz qanuna əsasən paylaşıla bilən bütün informasiyanı dərc etmişik", – korporasiyanın bəyanatında qeyd edilib. Bununla belə Apple şirkətinin nümayəndələri əmin ediblər ki, şirkət xüsusi xidmət orqanlarının sorğuları haqqında hesabatlar daxil olmaqla, bütün statistikanı dərc etmək imkanına nail olmaq üçün əlindən gələni edəcək.Milli.Az ICTnews-a istinadən bildirir ki,, hesabata əsasən, Apple şirkətinə 31 ölkənin hökumətindən sorğu göndərilib. 2013-cü il yanvarın 1-dən iyunun 30-dək ABŞ Xüsusi Xidmət orqanları qurğularla bağlı informasiyaya aid 3500 sorğu göndəriblər. Almaniya və Sinqapurun hüquq-mühafizə orqanları aktivliyi ilə seçiliblər: onlar şirkətə cihazlarla bağlı müvafiq olaraq 2100 və 1400 sorğu göndəriblər.
Mənbə: Milli.Az
6 noyabr 2013
GO BACK