Hazırda Western Digital (WD) şirkətinin strukturuna daxil olan HGST sərt disk istehsalçısı təxminən 10 il müddətində yeni sərt disk konsepsiyası hazırlayıb. Bu konsepsiya daşıyıcının lövhələrini bir-birinə yaxın yerləşdirməyə icazə verir. Lakin gözləməyinə dəyərmiş. Şirkətdə hazırlanan sərt disklərin daxili heliumla doldurulub.Milli.Az ICTnews-a istinadən bildirir ki, WD şirkətindən bildirilib ki, HGST törəmə şirkəti bu gün içərisi heliumla doldurulmuş 3,5 düymlük sərt disklərin tədarükünə başlayıb. Helium başqa struktura malikdir və sərt diskin lövhələrini bir-birinə daha yaxın yerləşdirməyə icazə verir. Nəticədə, şirkət bu gün içərisi adi qazla deyil, heliumla doldurulmuş və həcmi 6 TB olan dünyanın ilk korporativ sərt diskini təqdim edib. Ən tutumlu hava sərt disklərinin həcmi hazırda 4 TB təşkil edir.Şirkətdən bildirilib ki, yeni Ultrastar He6 sərt diskləri daha aşağı enerji sərfiyyatına (23%) malikdir. Bundan başqa, ənənəvi 4 TB-lıq sərt disklər 5 lövhəyə malikdir, halbuki içərisi heliumla doldurulmuş 6 TB-lıq daşıyıcı eyni ölçüləri saxlamaq şərtilə 7 lövhə yerləşdirməyə icazə verir.HGST-dən yeni sərt disklərin qiyməti açıqlanmayıb, lakin bildirilib ki, onlar server və saxlanc sistemləri istehsalçılarına satılacaq.
Mənbə: Milli.Az