Qadin.NET / 25 dollarlıq kompüterin monitoru olacaq

25 dollarlıq kompüterin monitoru olacaq

 

 

Kickstarter xidmətində Raspberry Pi mini-kompüterinə monitor üçün pul toplanılmağa başlanıb. HDMIPi adlandırılmış monitorun diaqonalı 9 düym və təsvir ölçüsü 1280x800 nöqtə təşkil edir.Milli.Az ICTnews-a istinadən bildirir ki, monitor kompüterə HDMI vasitəsilə qoşulacaq. HDMIPi iki şirkətin (RasPi.TV və Cyntech) birgə səyi nəticəsində buraxılacaq. Onlar bildiriblər ki, gələcəkdə ekranın sensor versiyası da təqdim edilə bilər. 2014-cü ilin fevralında ekranın tədarüklərinə başlanılacaq. O, pərakəndə satışa da çıxarılacaq. ABŞ-da monitorun qiyməti 100 dollar olduğu halda Avropada 20-23% daha baha olacaq. Xatırladaq ki, Raspberry Pi kompüteri 2011-ci ildə təqdim edilib. O, ABŞ-da tədarüksüz 25 dollara başa gəlir. Kompüter bank kartı ölçüsündə lövhə şəklində, monitor, korpus, maus və klaviatura olmadan tədarük olunur.Raspberry Pi uşaqlara proqramlaşdırmanın əsaslarını öyrətmək üçün kompüter kimi təqdim olunurdu, lakin daha geniş auditoriyanın marağını cəlb etməyə müvəffəq olub: çox zaman ondan həvəskar elektron sistemlərin beyni kimi istifadə edirlər.
Mənbə: Milli.Az
6 noyabr 2013
GO BACK