Qadin.NET / Azərbaycanda alimlərə qızıl medallar hansı formada veriləcək?

Azərbaycanda alimlərə qızıl medallar hansı formada veriləcək?

 

Azərbaycanda alimlərə qızıl medallar hansı formada veriləcək?

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərə qızıl medalların hansı formada veriləcəyini açıqlayıb.Trend-in məlumatına görə, AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında qurumun akademik katibi Rasim Əliquliyev bildirib ki, "Nizami Gəncəvi adına Qızıl medal" AMEA-nın ən yüksək ali mükafatıdır.Bu mükafatın hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya mühüm əhəmiyyətli elmi nəticələrə, kəşf və ixtiralarına görə verilməsi nəzərdə tutulur. Alimlərin medala namizədliyini AMEA Rəyasət Heyəti və elmi bölmələri irəli sürə bilər.Namizəd barədə təkliflər Rəyasət Heyətinin qərarı ilə yaradılacaq Ekspert Komissiyasına ünvanlanmalıdır. Sonra isə komissiya gizli səsvermə yolu ilə mükafata namizədi seçməli, onun təltif olunması barədə qərar isə Rəyasət Heyəti tərəfindən qəbul edilməlidir.R.Əliquliyev deyib ki, artıq medalın təsviri layihəsi bəyənilib. Təsvir layihəsinin razılaşdırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət olunacaq. Sonda medalın təsis edilməsi və əsasnamənin təsdiq olunması üçün ölkə Prezidentinə müraciət olunacaq.

Mənbə: Trend.Az

6 noyabr 2013
GO BACK