Qadin.NET / Castin Biber yeniyetmələrə 1 milyon dollar ayırdı

Castin Biber yeniyetmələrə 1 milyon dollar ayırdı

Kanada müğənnisi Castin Biber yeniyetmələr üçün yeni sosial şəbəkəyə 1,1 milyon dollar həcmində sərmayə yatırıb. Bu haqda noyabrın 4-də CNN telekanalının saytındakı Fortune bloqunda xəbər dərc edilib.Milli.Az ICTnews-a istinadən bildirir ki, Biberdən başqa sosial şəbəkəyə, həmçinin boksçu Floyd Meyvezer sərmayə yatırıb. Sözügedən layihənin yaradıcıları ümumilikdə təxminən 2,7 milyon dollar cəlb etməyə müvəffəq olublar. Shots of Me adlanacaq sosial şəbəkənin hazırlanması ilə RockLive şirkəti məşğul olub.Xatırladaq ki, Castin Biber artıq neçənci dəfədir ki startapların inkişafına sərmayə yatırır. Forbes jurnalının məlumatına görə, 2012-ci ildə Tinychat messenceri, Stamped sosial tövsiyələr xidməti, həmçinin öz istifadəçilərinə internet üzərindən musiqiyə qulaq asmağa icazə verən Spotify tətbiqi kimi layihələrdə müğənni pay sahibi olub.
Mənbə: Milli.Az
6 noyabr 2013
GO BACK