Qadin.NET / "Terminator" yaşıllaşdı

"Terminator" yaşıllaşdı

Dünyanın ən məşhur aktyorlarından biri, "Terminator" kimi tanınan Arnold Şvartsnegger dünən ekoloji cəhətdən çox təmiz avtomobillə evini tərk edib. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kaliforniya ştatının sabiq qubernatoru nəqliyyat vasitəsi qismində bitki yağı ilə işləyən Hummer-i seçmişdi.Bu avtomobil, gerçəkdən də, dünyada bitki yağı ilə işləyən yeganə Hummer-dir.Kaliforniya ştatını idarə etdiyi illərdə "Dəmir Arni" özünü "Yaşıl qubernator" adlandırırdı.2006-cı ildə o, 7 Hummer-indən 6-nı satmış və bununla da ətraf mühitin qorunmasına yardım etməyə çalışdığını demişdi. Şvarsneggerin dediyinə görə, yeganə Hummer-i indi yosunlar və qarğıdalıdan alınan yanacaqla çalışır.Dünən də "Terminator" Los-Ancelesdəki evini yaşıl Hummer-də tərk etdi.

 

Mənbə: Milli.Az

6 noyabr 2013
GO BACK