Lənkəran Özəl Türk Liseyinin direktoru Rüfət Əliyev “Turan” klubunda oynamışSaidu Salifu haqda Milli.Az-a maraqlı açıqlama verdi. Direktorun sözlərinə görə, S.Salifu Azərbaycanın futbol klubu tərəfindən ölkəyə gətirilərək aldadılan bir şəxs olub:”Futbol klubu onu aldadaraq pulu verməyib. Salifu ingilis dilini gözəl bildiyindən və işi olmadığından yay tətilində liseyin 7-ci sinif şagirdləri ilə ünsiyyətini təşkil etdik. Sonra isə işsiz olduğundan Liseyin futbol komandasına rəhbərliyi ona tapşırdıq. Eyni zamanda ingilis dilini gözəl bildiyindən şagirdlər onunla daha gözəl ünsiyyət qururdular. Sonradan Dövlət Miqrasiya Xidmətinin onun Azərbaycanda qalmasına icazə vermədiyindən vətəninə qayıtdı”.A.Əliyev qeyd etdi ki, S.Salifu liseydən ayrılarkən göz yaşı tökdü: “Bizim onunla ünsiyyətimiz keçən il cəmi 2 ay oldu. Onun başına Azərbaycanda çox işlər gətirilib. Ayrılarkən bizə dedi ki, sizinlə tanış olmasaydım, Azərbaycan haqda pis fikirlərlə gedəcəkdim. Hər kəs onu aldatmağa çalışıb. Ağlaya-ağlaya getdi. Alınsaydı, komandamızın məşqçisi edərdik”.
Mənbə: Milli. AZ