Qadin.NET / Qadin.Net = 1.000.000 AZN

Qadin.Net = 1.000.000 AZN

Qadin.Net = 1.000.000 AZN

managers.az saytının məlumatına görə Azərbaycanda internet biznesin inkişafı nəticəsində bir neçə internet saytlarının, layihələrinin kapitallaşdırılması 1 milyon manatdan çox məbləği təşkil edir. Həmin internet resursları, saytlar sırasında Qadin.Net layihəsinin də adı qeyd edilmişdir.

managers.az saytının təxmini qiymətləndirməsinə görə 1 milyon manatdan çox məbləğ təşkil edəcək internet - resursları qrupuna Day.az, Turbo.az, Navigator.az, Video.az, Myvideo.az, 1news.az, Lent.az, Apa.az, Vesti.az, Hesab.az, Musavat.com, Gomap.az, Milli.az, Trend.az, Qadin.net və Big.az saytları daxildir.

Araşdırmada adları çəkilən saytların gələcək işləri nəzərdə tutularaq bir sıra proqnozlar göstərilib. 

Qadin.Net saytı haqqında onun hazırkı vəziyyətini qiymətləndirməklə, böyük əksəriyyəti qadın auditoriyası təşkil edən saytın gələcəkdə bir neçə fərqli xidmətləri də təqdim edərək kapitallaşma istiqamətində elektron ticarət platformasını genişləndirə biləcəyi qeyd edilmişdir. 

Yaxın 2014-2016-cı illərdə adı gedən internet resursların dəyərinin daha da artması gözlənilir. 

6 noyabr 2013
GO BACK