“Şərq tərəfdaşlığı”nın Vilnüs sammitində Ermənistanla Avropa Birliyi arasında hər hansı sənəd imzalanmayacaq. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu AB-yə sədrlik edən Litvanın prezidenti Dalya Qrubauskayte deyib. O bildirib ki, yekun Bəyannamədə Ermənistanın adı çəkilə bilər. Xatırladaq ki, Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarı bu ölkə ilə AB arasında münasibətlərin soyumasına səbəb olub.
Mənbə: Milli.Az