Qadin.NET / TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının konfransında iştirak edəcək

TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının konfransında iştirak edəcək

 

TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının konfransında iştirak edəcək

 

TQDK sədri Məleykə Abbaszadə Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının (Association for Educational Assessment-Europe) 14-cü konfransında iştirak edəcək. Trend komissiyanın saytına istinadən xəbər verir ki, noyabrın 7-dən 9-dək "Beynəlxalq araşdırmalar, digər təcrübələrdən bəhrələnmə siyasəti və milli qiymətləndirmə" mövzusunda keçiriləcək konfrans Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Azərbaycandan konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Komissiyanın aparat rəhbəri Nərminə Bayramova iştirak edəcək. Konfransda biliyin qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, milli qiymətləndirmənin təbliği və bu sahədə araşdırmalar, həmçinin ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Mənbə: Trend.Az

6 noyabr 2013
GO BACK