Qadin.NET / Məhərrəmlik: qanvermə aksiyalarının keçiriləcəyi yerlər açıqlandı

Məhərrəmlik: qanvermə aksiyalarının keçiriləcəyi yerlər açıqlandı

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayı ilə əlaqədar qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb. QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanvermə aksiyası Bakıda Təzə-pir, Hacı Soltanəli, Hacı Əjdərbəy, Bibi-Heybət, İçəri-şəhər Cümə, Qaraçuxur məscidlərində, eləcə də Mir Mövsüm ağa ziyarətgah məscidi, Keşlə qəsəbə məscidində təşkil olunacaq. Qanvermə aksiyası, həmçinin Sumqayıt şəhər Cümə məscidi, Gəncə şəhər İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki Cümə məscidi, Lənkəran Böyük bazar məscidi və Bərdə Cümə məscidində keçiriləcək.

 

Mənbə: Milli.Az

6 noyabr 2013
GO BACK