Qadin.NET / Azərbaycanda kommunal haqlar artırılacaq?

Azərbaycanda kommunal haqlar artırılacaq?

 

Azərbaycan Tarif (Qiymət) Şurası kommunal xidmətlərə görə tariflərin artırılması məsələsinə baxmır. Bu barədə Trend-ə çərşənbə günü Tarif Şurasından məlumat verilib. Tarif Şurasından qeyd olunub ki, kommunal strukturlardan, eləcə də ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Şuraya heç bir müraciət daxil olmayıb. Bazar ertəsi maliyyə naziri Samir Şərifov bildirib ki, gələcəkdə kommunal xidmət tariflərin artırılacağını istisna etmir və belə artımı təbii hesab edir. Bununla yanaşı, S.Şərifov kommunal xidmət tariflərinin artırılacağını dəqiqləşdirməyib və bu məsələnin Tarif Şurasının səlahiyyətində olduğunu qeyd edib.

 

Mənbə: Milli.Az

6 noyabr 2013
GO BACK