Qadin.NET / Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək

Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək

 

"Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq 9-16 noyabrda Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası ilə birgə II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ildən etibarən festival xalq nağıllarının qəhrəmanı Cırtdanın adını daşıyacaq. Festivalın açılış mərasimi noyabrın 9-da Dövlət Kukla Teatrında keçiriləcəkdir. Festival çərçivəsində 11 ölkədən kukla teatrları - Azərbaycandan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Böyük Britaniyadan Dorset Kukla Teatrı Kompaniyası, Yaponiyadan "Yuki" Teatrı, İtaliyadan Teatro Verde Burattini, "Kapra Ballerina", Bolqarıstandan Tarqovişte Kukla Teatrı, Xorvatiyadan "Zorin dom" Karlovaç Şəhər Teatrı, İsveçrədən "Le Ginyöl A Roulettes" Kukla Teatrı, Macarıstandan İvet Bojik Kompaniyası, Tatarıstandan "Ekiyat" Tatar Dövlət Teatrı çıxış edəcək. Festival zamanı UNİMA-nın icra komitəsinin toplantısı keçiriləcək. Toplantıda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri iştirak edəcəklər.

Mənbə: Milli.Az

6 noyabr 2013
GO BACK