Qadin.NET / Azərbaycanda bu gözəllik vasitəsi qadağan olunacaq?

Azərbaycanda bu gözəllik vasitəsi qadağan olunacaq?

 

“Gözəllik qurban tələb edir” deyimi artıq reallaşır. Toxunduğumuz mövzu ən böyük arzularından biri gözəl görünmək olan qadınları məyus edəcək. Gözəl görünmək üçün qadınlar özlərini qaraldır, yəni solyari edirlər. Lakin bir neçə gün əvvəl Avstraliyada dəri xərçəngi yaratdığına görə solyari qadağan olunub. Tibb elmləri doktoru, Səhiyyə Nazirliyinın baş dermatoveneroloqu, professorZülfüqar Fərəcov Milli.Az-a açıqlamasında bildirdi ki, solyari dəridə piqmentlərin aktivliyini artırır, norma daxilində olarsa bir növ dərini qoruyur. Baş dermatoloqun sözlərinə görə, solyarini tez-tez qəbul edəndə isə müəyyən müddətdən sonra bədxassəli çevrilmələr əmələ gəlir, mutasiyalı hüceyrələrin meydana gəlməsi müşahidə olunur. Professor məsləhət görür ki, insanlar solyari vannaların altında çox olmasın, çünki dəri xəstəlikləirinin, şüa dermatozlarının əmələ gəlməsində bunun çox böyük rolu olur, bədxassəli proses ola bilər. Tibb elmlər doktoru Avstarliyada solyarinin qadağan olunmasını alqışlayır: “Həmin ölkə ekvatordan aşağıda yerləşir. Həmin ölkədə günəş şüalarının da insanların mənfi təsiri ola bilər. Günəş və şüa dermatozları daha tez tez təsadüf edə bilər. Azərbaycan da isti ölkədir, yayımız isti, bəzən isə daha isti olur. Bizdə hələlik qadağan etmək düzgün deyil. Praktikamda solyaridən bədxassəli şişlərin əmələ gəlməsinə rastlaşmamışam. Əgər belə hallar olsa, solyarinin qadağan olunması üçün yuxarı instansiyalara təklif vermək olar”. Qeyd edək ki, solyari vannalarında əslində ultrabənövşəyi şüaların köməyi ilə bədəni qaraltmaq mümkün olur. Solyari vannalarından ilk əvvəl idmançılar istifadə etsə də, adi insanlar arasında 1980-ci ildə amerikalılar istifadə etməyə başlayıb. 2004-cü ildə solyariyə marağın artdığını və artıq azyaşlıların da bundan geniş istifadə etməsini görən Amerika dövləti 20 yaşına qədər müştərilərin bundan istifadəsinə qadağa qoyub.

 

Mənbə: Milli.Az

6 noyabr 2013
GO BACK